Ürək xəstəliyi olan insanlar hava şəraitinin dəyişməsi səbəbindən \ölüm riski altındadır.
İnsan orqanizmi yüksək və ya aşağı temperaturlara məruz qaldıqda, ölüm ehtimalı artır.
“Medicina” xəbər verir ki, Merilend Universitetinin Tibb Fakültəsinin alimləri belə qənaətə gəliblər. Mütəxəssislər 40 il ərzində ürək-damar xəstəliklərindən 32 milyon ölümü təhlil ediblər. Məlum olub ki, ölüm hallarının ən çoxu havanın çox soyuq və ya isti olduğu "ekstremal" dövrlərdə baş verib.
Mütəxəssislərin sözlərinə görə, ilk növbədə ürək çatışmazlığı olan xəstələr həm çox soyuq, həm də çox isti günlərin ölümcül təsirlərinə məruz qalırlar.
Ürək çatışmazlığı olan insanlar üçün ölüm riski orta temperatur günlərinə nisbətən həddindən artıq isti günlərdə 12% artır. Öz növbəsində, həddindən artıq soyuq ürək çatışmazlığından ölüm riskini 37% artırır.
Alimlər hələ də havanın mənfi təsirinin nə üçün ürək çatışmazlığı olan xəstələrdə özünü göstərdiyini bilmirlər.
Mütəxəssislər həmçinin qeyd ediblər ki, qlobal iqlim dəyişikliyi müxtəlif regionlarda getdikcə daha çox ekstremal hava şəraitinə səbəb olur və bu, yayı dözülməz dərəcədə isti, qışı isə həddindən artıq soyuq edir. Bu hava dəyişiklikləri bir çox insanı qəfil və ya vaxtsız ölüm riski ilə üz-üzə qoyur.
Günay Quluzadə