Soyuq qış aylarında uşaqlarda müəyyən simptomlar baş qaldırır. Çox valideynlər həkimsiz təkbaşına xəstəliklə mübarizə aparacağına inanır, bəziləri isə uşağın burnu axan kimi xəstəxanaya, ən bahalı həkimlərə qaçır. Gecəyarı uşaqda qızdırma, titrətmə olanda, adi qaytarma zamanı da təcili yardımı çağıranlar var.
Medicin.az uşaqlar üçün hansı hallarda təcili yardım çağırılmasını və ya dərhal xəstəxanaya qaldırılmasını araşdırıb. Bu hallarda vaxtı yubatmayın:
-Temperatur 35 dərəcədən aşağı düşüb və ya 39 dərəcəni keçib
-Temperatur hərarət salıcı dərmanları verdikdən sonra düşmür və 2 gün eyni dərəcədə qalırsa
-Temperatur bədəndə güclü səpki ilə baş veribsə, səpkilərin üzərinə basdıqda itmir
-Tənəffüsdə çətinlik, boğulma, fit səsli nəfəslma, xırıltı
-Uşaq sakit və davamlı ağlayır, amma gözündən yaş gəlmir
-Uşağa bol maye verilməsinə baxmayaraq güclü titrəmə, quru dil, tünd rəngli sidik
-Əl ayağın kəskin soyuması, buz hissi
-Nəbz 140-dan yuxarı qalxıb
-Qıcolmalar
-Üz dərisi və dilin şişməsi, göyərməsi
-Huşun itməsi, bayılma, oriyentasiyanın itməsi, tormozlanma, anaya reaksiya verməmək
-İşığa baxmaq istəmir, qorxur, gözünü yumur
-Dəhşətli baş ağrısı, başını tutub ağlayır, başını boyundan aşağı əyir, qaldırmır
-Sidik, qusuntu və nəcisdə qan
-Ağızdan aseton iyi, gün ərzində 5-6 dəfədən çox qaytarma, öyümə
-2 gündən artıq davam edən ishal
-3 -5 saatdan artıq qarının aşağısında ağrı, qarnına əl vuranda qışqırır, ağlayır- bu kəskin appendisitin əlaməti ola bilər
-Oğlanlarda qasıqda şişkinlik, ağrı – yırtıq burulması ola bilər
Əgər bu əlamətlər uşaqda varsa, təcili olaraq təcili yardım çağırıb, uşağı hospitəlizə edin.