Əksər professional sürücülər avtomabillərinin hər hansısa bir yerinin sıradan çıxdığını görəndə, kənar səslər, titrəmələr və uğultular zamanı texniki baxışa gedirlər. Orqanizmlə münasibət də belə olmalıdır.
Amma insan belə siqnallara əhəmiyyət vermit. Baş ağrısı, öskürək və ya burun axması, sinə, mədə ağrısı, başgicəllənmə və ya ümumi pozğunluqlar varsa, mütləq həkimə müraciət etmək lazımdır.
“Medicina” xəbər verir ki, həkim kardioloq Valentina Baydinanın sözlərinə görə, bədənin bu 7 siqnalına mütləq diqqət yetirmək lazımdır.
Ən təhlükəlisi –motorda, yəni ürəkdə pozulmalar - Sinə ağrısı, ürək döyüntüsü, nəfəs darlığı və ya başgicəllənmə ilə müşayiət olunan halsızlıq hiss etdikdə, dərhal kardioloqa m üraciət etməlisiniz.
Qarın ağrısı - sağ və ya sol tərəfdən olmasının fərqi yoxdur - Qarın nahiyəsində, xüsusilə sağda, aşağı hissədə ağrıların meydana gəlməsi appendisitin iltihabı ola bilər. Ağrıya dözmək və ya həblərlə kəsmək təhlükəlidir. Kəskin appendisit, xolesistit və ya pankreatit çox təhlükəlidir.
Baş ağrısı və ya bulanıq görmə - Bulanlıq görmə, başgicəllənmə çox vaxt təhlükəlidir. Ancaq bu simptomların fonunda nitq pozğunluqları, oriyentasiya problemləri, sinə ağrısı və ürək bulanma varsa, dərhal təcili yardım çağırmalısınız. Bu cür infarkt və ya insult öncəsi ola bilər.
Belin aşağısında ağrısı – Beldə ağrı şiddətlidirsə, normal hərəkətə mane olursa, istirahətdən sonra keçmirsə və ya ümumi pozğunluq, hərarət və ya ürəkbulanma ilə müşayiət olunursa, bu daxili orqanlarda problemləri göstərir.
Hava çatmır, nəfəs almaq çətindir - Nəfəs darlığının inkişafı həmişə təhlükəlidir, tənəffüs və ya ürək-damar problemlərinin əlaməti ola bilər. Bu vəziyyət birdən baş verərsə, dərhal həkimə müraciət etmək vacibdir.
İshal və qusma - Qarın boşluğunda köpmə, sancı, ağrı və ya ürəkbulanma, qusma, nasazlıq varsa, bağırsaq infeksiyası və ya zəhərlənmə, qarın boşluğunun cərrahi xəstəliklərinin əlamətləri ola bilər. Tez-tez təkrarlanan qusma, ishal və qızdırma xüsusilə təhlükəlidir. Simptomları həblərlə boğmağa çalışmamalısınız, həkimə mütləq müraciət etməlisiniz.
Dişdə qəfil ağrı - Damaqda, yanaqda əsmə, döyüntü kimi ağrılar baş verərsə, bu pulpitun əlamətidir. Bu zaman dişin siniri təsirlənir, ətrafdakı toxumalara yayılması ilə iltihabın sürətli inkişafı mümkündür. Mümkün qədər tez diş həkiminə müraciət etmək vacibdir.
Günay Quliyeva