Tailand alimləri həyəcan təbili çalır: Banqokda məhkəmə tibbi eksperti koronavirusdan ölən xəstənin meyitini açdıqdan sonra xəstələnib, sonradan özü də ölüb.
Çox yüksək ehtimal var ki, həkim virusa meyitdən yoluxub.
Medicina.az hansı hallarda meyitdən virusun canlı insana keçmə yolları və ehtimalı barədə mütəxəssislərin rəyini araşdırıb.
Seçenev adına universitetin parazitologiya və transmissiv xəstəliklər institutunun direktoru Aleksandr Lukaşev bildirib ki, burda sensasiya yoxdur. Koronaviruslu xəstə ölən kimi virus onunla birgə ölmür. Virusun meyitdə nə qədər qalması, nə vaxt cansız bədəndə ölməsi hələ təyin olunmayıb. Amma meyit toxumalarında virus bir neçə gün qala bilər. Meyitlə işləyən və müayinələrdə çalışan işçilər yarılma zamanı bütün mühafizə tədbirlərini görməlidir.
Lukaşevin sözlərinə görə, ölmüş insanın cansız meyitində ən çox yaşayan virus hələ ki, hepatit B-dir. Onun genləri hətta bir 600 yaşlı koreyalının mumiyasında da qalıb.
Amma Qiçs belə deyil. Koronavirus hepatit kimi dözümlü deyil, amma viruslar bakteriyalar kimi min, milyon il yaşama qabiliyyətinə malik deyil.
Ola bilər ki, patoloq həkim meyiti mişarla kəsən zaman ondan aerozollar havaya qalxıb, burun, boğaza keçə bilər. Amma koronavirus diaqnozu ilə ölən hər xəstənin meyitini yarmaq və öyrənmək nəyə lazım.
Dünya səhiyyə təşkilatı və alimlər koronaviruslu xəstələrin meyitləri ilə işləyən hər kəsi diqqətli, ehtiyatlı olmağa və meyitdən yoluxma olmaz kimi düşünməməyə çağırır.