Bəzi göyərtiləri blenderdə smuzi və ya şirə halına salıb içmək zərərlidir.
Bakupost.az xəbər verir ki, həkim dietoloq Yelena Solomatina cəfərinin ölümcül təsirindən danışıb.
O bildirib ki, bir neçə dəstə cəfərini kokteylə qatmaq, şirəsini sıxıb içmək təhlükəsiz deyil. Bir çox xəstə və yaşlı insanlarda o qanı qatılaşdırıb, tromb əmələ gətirə bilər.
Cəfəri tromboflebiti olan şəxslərə qadağandır.
Trombu olan insanlara istənilən göyərti zərərlidir, lakin cəfəri xüsusilə.
Azyaşlı uşaqlar, hamilə qadınlar da göyərtidən aşırı istifadə etməməlidir. Çünki onların kök hissəsində nitratlar toplanır.
Mədə-bağırsaq, həzm pozğunluğu olanlar göyərtini tamamilə çıxarmalıdır. Göyərtini ancaq bişirib yemək olar.
Bu adamlar göyərtini az miqdarda salata qatıb yeyə bilər.
Aygün Musayeva
BakuPost