Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hansı ərzaqlar kalsiumun sovrulmasına mane olur?- SİYAHI

  • 2022.08.22 14:47
  • 2499 Baxış
Hansı ərzaqlar kalsiumun sovrulmasına mane olur? - SİYAHI



Kalsium yaş artdıqca sümüklərdə azalır.

İnsan kalsiumlu qidalar, preparatlar qəbul edir, lakin nəticə olmur.


Medicina xəbər verir ki, həkim dietoloq Natalya Kruqlova bunu bəzi ərzaqların təsirində görür.

"Qəhvə, kofein tərkibli içkilər, qidalar, spirtli içki, siqaret, dəmir tərkibli qidalar kalsiumun yaxşı sovrulmasına mane olur. Kalsiumu az olan insan qəhvə, çay içib, sonra kalsium artıran qidalar yeyirsə faydası yoxdur.


Onları ən azı 3 saat ara ilə qəbul etməlidir. Kalsium və dəmir rəqib maddələrdir. Dəmiri az olan kalsiumlu qidaları dəmirlə birgə yeməməlidir.


Süd və ət məhsulları uzlaşmır. Eləcə də süd məhsullarını alkoqolla uyğunlaşdırmaq olmaz.

Əlbəttə bunlari birlikdə yeyib içmək orqanizmə hər hansı zərər vermir. Sadəcə kalsiumun sovrulmasını əngəlləyir.

Ona görə belə qidalanan insanlarda dəmir və ya kalsium defisiti ola bilər. Bu da sümüklərin sıxlığını azaldır.

Eləcə də vitamin D normadan aşağıdırsa, kalsium sümüklərə çatmayacaq. Bu da daha çox payız, qış aylarında olur. Hətta insan kalsiumla bol qidalar yesə də, əgər vitamin D azdırsa, kalsium sümüklərə çatmayacaq".



Aygün Musayeva