Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hansı diş pastaları təhlükəlidir? - Stomatoloq açıqladı

  • 2024.07.16 14:30
  • 930 Baxış
Hansı diş pastaları təhlükəlidir? -  Stomatoloq açıqladı
Diş pastalarının tərkibindəki bəzi komponentlər diş və diş ətinin sağlamlığına mənfi təsir göstərə bilər.

Medicina.az xəbər verir ki, bunu stomatoloq Vladimir Losev “Lenta.ru”ya bildirib.

Ekspert sintetik rəng və aroma ehtiva edən diş pastalarını almamağı tövsiyə edib.

Onun sözlərinə görə, belə pastalar allergiyaya səbəb ola, ağız boşluğunun selikli qişasını qıcıqlandıra və ağız mikrobiomunu poza bilərlər. Gündəlik diş baxımı üçün mütəxəssis boyasız və təbii tərkibli məhsullar seçməyi məsləhət görüb.

Həkim, həmçinin flüorlu diş pastalarından ehtiyatla istifadə edilməli olduğunu deyib.

“Flüor bir tərəfdən mina quruluşunu gücləndirir və bakteriyaların böyüməsinə maneə törədir. Digər tərəfdən isə flüorun artıq dozası qalxanabənzər vəzinin işinə və sümük sağlamlığına mənfi təsir göstərir”, - deyə stomatoloq qeyd edib.

Həkim onu da əlavə edib ki, dişləri ağartmaq üçün aşındırıcı maddələrlə zəngin pastalar məsləhət deyil.

“Onlar minaya zərər verə, dişləri həssaslaşdıra bilər. Triklosan - sintetik antibakterial agent - bəzi diş pastalarının digər potensial təhlükəli tərkib hissəsidir.

O, həqiqətən patogenlərlə mübarizədə yüksək effektivliyə malikdir, lakin triklosanın müntəzəm istifadəsi endokrin sistemin fəaliyyətinə mənfi təsir göstərir”, - Losev vurğulayıb.

Mütəxəssis təhlükəsiz antibakterial komponentləri olan diş pastalarını seçməyi tövsiyə edib: “Məsələn, bitki ekstraktları, efir yağları, gümüş ionları ilə zənginləşdirilmiş pastalar təhlükəsiz hesab edilir”.


Aysel