182 nümunədən 180-də mikroplastik hissəcikləri çoxdur və normadan artıqdır. Bu rəqəmlər həqiqətən ürpədicidir.
“Medicina” xəbər verir ki, Oreqon ştatının alimləri elmi araşdırmalarında artıq dəniz məhsullarının təhlükəli olduğunu sübut edib.
Alimlər Sakit okean balıqlarında və dəniz məhsulları – ilbiz, krevetdə antropogen hissəciklərin miqdarını ölçüb.
Onlar mikroplastikin səviyyəsini müxtəlif trofik səviyyələrdə ölçüblər. Ən çox rast gəlinən polimer liflər və plyonka fraqmentləri olub.
Onlar 1806 hissəciyi 180 nümunədə aşkar ediblər.
Qırmızı krevetlərdə ən yülsək dərəcədə plastik var idi, çünki onlar suyun yuxarı səthində olur.
Xırda dəniz orqanizmləri iri balıq və heyvanlardan fərqli olaraq, özündə daha çox mikroplastik toplayır.
Plastik hissəcikləri balıqların yeməli ətinə və toxumasına da keçir.
Bu artıq okean, dəniz sularının plastikdən qorunması üçün siqnaldır. Lakin bundan qorxub balıqdan imtina etmək lazım deyil.
Çünki artıq plastik suda, qablarda, bitkilərdə, ətdə də var.
Aygün Musayeva