Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hansı çörəyi hər gün yemək olmaz?

  • 2025.02.12 21:18
  • 185 Baxış
Hansı çörəyi hər gün yemək olmaz?


Böyüklər, yəni yaşı 18-dən yuxarı insanlar üçün buğda çörəyinin gündəlik istehlak norması 100 qramdır.


Çörək qidalanmanın vacib elementi olaraq qalır, lakin onun ağ çeşidi ən az sağlam hesab olunur, ona görə də mütəxəssislər onu gündəlik istehlak etməyi məsləhət görmürlər.



“Medicina” xəbər verir ki, endokrinoloq, tibb elmləri namizədi Oksana Mixaleva normalardan danışıb:

“Normativ sənədlərə əsasən, sağlam yetkinlər üçün gündəlik çörək istehlakı norması 100 q buğda və ya 150 qr çovdardır.

.
Yalnız qlütenə qarşı allergik reaksiya və ya dözümsüzlük halında buğda çörəyinin tam xaric edilməsi tövsiyə oluna bilər.

Həzm sisteminin patologiyaları halında onun istehlakı da azaldılmalıdır. Belə hallarda ağ çörəkdən qurudulmuş formada və minimum miqdarda istifadə məsləhətdir.

Son vaxtlar məhsula günəbaxan tumu, kətan toxumu və balqabaq toxumu kimi yağlar əlavə olunur ki, bu da onun kalorililiyini xeyli artırır.

Sağlam qidalanmaq üçün çovdar, tam taxıl, ikinci dərəcəli buğda, kəpək və çoxdənli çörəyin ən yaxşısı hesab olunur. Ən faydalısı tam taxıl unu və çovdardan hazırlanmış çörəklərdir”.


Aygün Musayeva