Bəzi antidepresantlar artıq çəkiyə səbəb olur.
Medicina.az xəbər verir ki, bu barədə “Annals of Internal Medicine” jurnalında dərc edilən məqalədə deyilir.
Bildirilir ki, “bupropion” istifadəçilərində ən çox yayılmış antidepresant olan “sertralin” istifadəçiləri ilə müqayisədə çəki artımım ehtimalı 15-20% azdır.
Eyni zamanda “essitalopram” və “paroksetin”in sertralinlə müqayisədə 15 faiz daha çox çəki artımı riskinə səbəb olduğu aşkarlanıb.
Tədqiqat çərçivəsində antidepresantlar təyin edilmiş 18-80 yaş arası 183 000-dən çox insanın məlumatları təhlil edilib.
Komanda 8 antidepresantdan birini qəbul etməyə başladıqdan altı ay, bir il və iki il sonra xəstələrin çəkisini yoxlayıb.
Ümumilikdə, “bupropion” istifadəçilərində digər antidepresantların istifadəçiləri ilə müqayisədə ən az çəki artımı müşahidə edilib.
“Həkimlərin hansısa antidepresantı seçmələrində bir çox amil rol oynasa da, çəki artımı xəstələrin bu dərmanları qəbul etməyi dayandırmasının ən böyük səbəblərindən biridir”, - deyə qeyd olunub.
Qeyd edək ki, ABŞ-da yetkinlərin təxminən 14%-i antidepresantlardan istifadə edir.
Aysel