Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hamının yadından çıxan orqan - Həkim dalaq ağrısından danışdı

  • 2023.07.24 16:16
  • 2101 Baxış
Hamının yadından çıxan orqan  - Həkim dalaq ağrısından danışdı
Orqanizmin normal fəaliyyəti üçün önəmli olan orqanlardan biri də dalaqdır. Diafraqmanın altında, mədənin arxasında yerləşən bu orqan zəifləmiş qan hüceyrələrini yox edib, yerinə təzə qırmızı qan hüceyrələri istehsal edir və immunitetin güclənməsinə təsir göstərir.



"Medicina" xəbər verir ki, Mingəçevir Xəstəxanasının terapevti İlham Əliyev dalağın normal işləməməsinin əlamətlərini açıqlayıb:

"Dalaq xəstələnəndə bədəndə bir sıra problemlər baş verir. Qansızlıq, halsızlıq, həddindən artıq tərləmə, qarında şişlik, tez yorulmaq, nəfəs almaqda çətinlik çəkmək, sol tərəfdə alt qabırğanın altında hiss edilən ağrı dalaqda problem olduğunu göstərən əlamətlərdir.



Dalağın fəaliyyəti üçün tərkibində bol miqdarda A vitamini, dəmir, yod olan qidalar qəbul etmək lazımdır. Tərəvəz və meyvələr, xüsusilə də noxud, paxla, lobya kimi qidalar dalağın təmizlənməsinə kömək edir: "Çalışın həftəlik qida rasionunuzda kərəviz, kök, üzüm, ərik, əncir, xiyar, təzə qoz, badam, kələm, şüyüd, cəfəri, və kişmiş, doşab kimi qidalar olsun".