Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hamının utandığı həkim - Proktoloqa getmək üçün 7 səbəb

  • 2021.07.03 17:03
  • 3570 Baxış
Hamının utandığı həkim    - Proktoloqa getmək üçün 7 səbəb

Proktoloq duz bağırsağı, anusun xəstəliklərini müayinə və müalicə edən həkimdir. Xəstələrin arzulamadığı və müayinəsinə getməkdən boyun qaçırdıqları ixtisasdır.

Proktoloji xəstəliklər barədə hətta doğmalara belə danışmaq çox xəstələr üçün utancvericidir.

Proktoloqun rektal müayinəsi – yəni ilk olaraq əllə baxması isə vəziyyəti lap qəlizləşdirir.


Medicina.az proktoloqa getməyi vacib edən 7 əlaməti təqdim edir.

1.Düz bağırsaqda Ağrı və şişkinlik


Duz bağırsaq çıxacağında ağrı, şişkinlik, tualetə gedərkən narahatlıq, qaşınma, qızartı varsa, çox güman ki, sizdə dünya əhalisinin 25% də rast gəlinən anal çat və ya babasil əlamətləridir. Lakin hazırda babasil olduğunu güman edən bir çox xəstələrdə düz bağırsağın şişi aşlarlandığı üçün siz bu mütləq babasildir deyib arxayın olmamalısız. Nə qədər istəməsəz də, müayinəni yalnız və yalnız proktoloq edəcək.


2.Düz bağırsaqdan pis qoxulu axıntı, selik, qaşıntı


Çox güman ki, bu iltihabi proses – ptoktit və ya cinsi yolla keçən infeksiyaların olduğunu göstərir. Kiçik çanaq əzələlərinin spazmı – proktalgiya zamanı isə kəskin ağrı bir neçə saat davam edir. Ağrıkəcisi qəbulu ilə vəziyyəti ört-basdır etməyin. Ola bilər irinli abses, ətraf toxumalarda irin, sviş yaranıb.


3.Bağırsağın işində pozulmalar


Qəbizlik, diareya, ishal müntəzəm baş verirsə və 3-4 gündən artıq davam edirsə, proktoloji müayinə mütləqdir. Bu, düz bağırsaqda şiş, iltihab, irinli proses olduğunu göstərir.


4.Anus nahiyədə şiş, düyün


Adətən bu düyünlər xarici babasil düyünləri və ya artıq çölə çıxmış daxili düyünlər olur. Amma bunlar anus ziyili və kontagioz da ola bilər. Əgər düyünlərə əl vurduqda, əyləşdikdə ağrı varsa, bu artıq tromblaşmış düyün və irinli, iltihablı ocaqdır. Nadir halda düyün bədxassəli şiş də çıxır.


5.Güclü qaşınma


İşdə, yolda belə özünüzü qaşımaqdan saxlaya bilmirsizsə, uşaqlarda bu hal ağırlaşmış helmintoz – qurd problemidir. Böyüklərdə isə QİÇS infeksiya, kandidoz göbələyi, müxtəlif infeksiya əlanətləri, şiş, psoriaz və s ola bilər. Əgər qidalanma ilə bağlı yanma, qaşınma hissidirsə, 2-3 günə keçəcək. Yox 1 həftədən çox davam edirsə, proktoloq qəbuluna gedin.


6.Qan


Düz bağırsaqdan qan gəlməsinin tipik səbəbi hemorroy və anal çat ola bilər. Bu qan hər dəfə tualetgə gedəndə al-qırmızı və damcı şəklində görünür. Amma rektal qanama bağırsağın müxtəlif xəstəlikləri, divertikulit – bağırsaq divarının iltihabı, poliplər, xoş və ya bədxassəli şişlərdə də ola bilər. Bu zaman kolonoskopiya da edilə bilər.


Qanama ilə yanaşı nəcis qara rəngdə, pus qoxuludursa, bu artıq yuxarı orqanların, mədənin qanaması deməkdir.


7.Anemiya


Əgər sizdə daimi anemiya, hemoqlobin azlığı varsa və müalicələr effekt vermirsə, yorğunluq, halsızlıq, baş ağrısı, başgicəllənmə varsa, bu bağırsaqdan gizli qanama və ya proktoloji problemdən ola bilər. Ona görə səbəbi bağırsaqlarda axtarmaq lazımdır. Bəzən qanda hemoqlobinin düşməsi səbəbindən geniş araşdırmalar bağırsaqlarda ciddi problemi və bədxassəli şişi aşkarlayır.



50 yaşından yuxarı hər kəs mütləq keçməlidir


Tibb 50 yaşından sonra ildə bir dəfə proktoloq və kolonoskopiya müayinəsindən keçməyi mütləq tövsiyyə edir. Çünki bu yaşdan sonra bağırsaq şişləri daha çox aktivləşir və hər 12 nəfərdən birində onkoloji xəstəlik diaqnoz olunur.