Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hamının süfrəsində olan bu meyvənin tumu xərçəng hüceyrələrini məhv edir!

  • 2024.04.29 11:11
  • 1064 Baxış
Hamının süfrəsində olan bu meyvənin tumu xərçəng hüceyrələrini məhv edir!
Hər kəsin evində olan almanın tərkibində xərçəng hüceyrələrini belə məhv edə biləcək vitaminlər var.

Medicina.az xəbər verir ki, xüsusilə də almanın tumu möcüzəvi təsirlərə malikdir.

Alma tumu kemoterapiya və radiasiya terapiyası üçün dəstək olaraq istehlak edilə bilər. Tərkibində olan B17 vitamini xərçəng hüceyrələrini təbii şəkildə məhv edə bilir.

Ümumiyyətlə, meyvə tumları bədəndə zərərli maddələrin irəliləməsinin qarşısını alır. Xərçəngin müalicəsində əhəmiyyətli təsiri ilə seçilən B17 vitamini ərik və şaftalı tumunda da var. Lakin alma daha əlçətandır. Daha sağlam bədənə sahib olmaq üçün almaları toxumları ilə birlikdə istehlak etmək olar. Erkən diaqnoz qoyulan hallarda həkimin tövsiyə etdiyi müalicə üsullarına əlavə olaraq təzə meyvələr istehlak edərək sağalmanı dəstəkləmək mümkündür.

Almanın tərkibindəki C vitamini immunitet müqavimətini artırmaqda təsirlidir. İmmuniteti gücləndirməyin və xəstəliklərdən qorunmağın ən asan yolu gün ərzində ən azı 1 ədəd alma yeməkdir.

Alma xolesterol səviyyəsini və sağlam qan təzyiqini aşağı salmağa kömək edən təbii maddələr ehtiva edir. Xüsusilə, almanın tərkibindəki pektin lifi qanda pis xolesterolu azaldır.

Həkimlər almanın bağırsaq tənbəlliyinə yaxşı təsir etdiyini, xolesterin və karbohidratların sorulmasını tənzimlədiyini bildirirlər. Bədəninizdən iltihabı və toksinləri çıxarmaq istəyirsinizsə, almanı daha tez-tez istehlak etməlisiniz.

Eyni zamanda, mütəxəssislərin fikrincə, almanın tərkibindəki polifenollar müxtəlif növ xərçəng və metastaz riskini azaldır. Onun qaraciyər, ağciyər və kolon xərçəngi riskini azaltmaq kimi təsirləri var.


Aysel