Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yeni mutasiya hamilə qadınları ağırlaşdırır - Hamiləliyi təxirə salın

  • 2021.04.21 16:14
  • 2656 Baxış
Yeni mutasiya hamilə qadınları ağırlaşdırır -  Hamiləliyi təxirə salın
Braziliya Səhiyyə Nazirliyi koronavirusun mutasiyası olan P1 variantının hamilə qadınlara daha pis təsir etdiyini açıqlayıb.

Medicina.az xəbər verir ki, Braziliya Səhiyyə Nazirliyinin rəsmisi Rafael Parente dünən keçirdiyi mətbuat konfransında P1 variantının hamilə qadınlar üçün təhlükəli olduğunu bildirib:

“Mümkünsə hamiləliyi vəziyyət yaxşılaşana qədər təxirə salın. Mütəxəssislərin klinik təcrübəsi bu yeni variantın hamilə qadınlarda daha aqressiv olduğunu göstərir”.

Qeyd edək ki, Amazonun Manaus şəhərində qeydə alınan P1 variantı Braziliyada ölüm və yoluxma sayının artmasına səbəb olub.