Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hamiləliyi pozmaq üçün dərman içdi, həyatından oldu - Lənkəranda hamilə qadının ölüm faktı

  • 2018.07.23 16:43
  • 24835 Baxış
Hamiləliyi pozmaq üçün dərman içdi, həyatından oldu -  Lənkəranda hamilə qadının ölüm faktı
Lənkəranda 20 yaşlı hamilə qadın dünyasını dəyişib.


Medicina.az-ın APA-ya istinadən xəbərinə görə, Lənkəran şəhər sakini, 1998-ci il təvəllüdlü Günay Ümüd qızı İbrahimova 16 həftəlik hamilə olub. İlkin məlumata əsasən o, evdə hamiləliyinin ləğv etmək üçün dərman qəbul edib.

 

Dərman qadına və onun bətnində olan uşağa mənfi təsir edib. Xəstəxanaya müraciət etdikdə isə artıq gec olub. Nəticədə hər ikisi xəstəxanada dünyasını dəyişib.

 

Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.