Bir çox qadının hamiləlik zamanı çəkisi artır. Alınan artıq çəkinin geri qaytarılması isə asan olmur.
Medicina.az nə üçün hamiləlik zamanı alınan artıq çəkinin azaldılmasının çətin olduğunu araşdırıb.
Hamiləlik zamanı alınan artıq çəki qadınlar üçün əsil baş bəlasına çevrilir. Qadınların bəzilər uşağı dünyaya gətirdikdən qısa bir müddət sonra heç bir əziyyət çəkmədən əvvəlki vəziyyətlərinə qayıdırlar. Amma bu heç də bütün qadınlarda alınmır.
Əgər hamiləlik zamanı alınan kilolar normaya uyğundursa, qadın aktiv həyat tərzi keçirirsə ondan doğumdan sonra onun çəkisinin əvvəlki olacağını əminliklə söyləmək olar. Ancaq əksinə, alınan kiloların miqdarı çoxdursa o zaman qadın doğumdan sonra bu kilolardan çətinliklə yaxa qurtaracaq.
Bəs hamiləlik kilolarının vermək niyə bu qədər çətindir?
1) Hamiləlik zamanı alınan çəkinin verməyin çətin olmasının səbəblərindən biri də qısa bir vaxtda arıqlaycağınızdan əmin olmanızdır. Unutmayın bu çəkiyə gəlməyiniz 9 aya baş verib. Onu verilməsi üçün də vaxt tələb olunur.
2) Hamilə qalmadan əvvəlki kalori limitinə geri dönməyi unutduqda da çəkinin azalması baş tutmur. Amma əğər bu işə diqqətli yanaşsanız mümkündür. Bu mövzuda diyetoloqdan da kömək ala bilərsiniz.
3) Körpəni əmizdirmək , hamiləlik zamanı alınan çəkinin verilməsinə kömək olur. Buna görə də uşağı əmizdirməkdən çəkinməyin.
4) Şirin içkilər çox kalorilidir. Meyvə şirələri, qaymaqlı və südlü qəhvənin də tərkibində olduqca çox miqdarda kalori var. Yaxşı olardı ki, bu işkilərdən müvəqqəti də olsa uzaq dayanasınız.
5) Körpə yeni doğulduqda idmanla məşğul olmaq ana üçün çox çətindir. Amma onu uşaq arabasına qoyub gəzməyə çıxmaq mümkündür. Üstəlik təmiz hava körpə üçün də faydalı olacaq.
Arzu
Medicina.az