USM-lə müayinə zamanı müxtəlif ölçülü dalğalardan istifadə edilir. Hansı dalğalardan istifadə oluması isə müayinənin növündən asılı olaraq dəyişdirilir. USM müayinəsinin hamilə qadınlara zərələri barədə çox sözlər söylənilir, amma bu sözlərin heç biri öz təsdiqini tapmayıb.
Medicina.az xəbər verir ki,
USM müayinəsi zamanı ultradalğalı şüalar uşağa heç bir zərər vermir. Yanlız müayinə zamanı orqanizmdə sərbəst radikallar çox olduğu zaman toksiki radikalların hərəkətliliyini atıra bilir. Onun orqanizm üçün yeganə mənfi təsiri budur.
Aşağıdakı hallarda hamilə qadına USM müayinəsi təyin edilə bilər:
* hamiləliyin pozulması təhlükəsi olduğu zaman
* boru hamiləliyi şübhəsi olduğu zaman
* hamilə qadında əvvəllər uşaqsalma, uşağın ölümü baş verdikdə
* vaxtından əvvəl doğum təhlükəsi olduqda
* hamilə qadında və ərində xroniki xəstəliklər olduqda (şəkərli diabet, qan xəstəlikləri)
* hestoz zamanı
* hamilə qadında və ərində rezus faktoru olduqda
* çoxdöllü hamiləlik olduğu zaman
* yaxın qohum evliliyi zamanı
* hamiləlik zamanı daxili orqanlarda patoloji xəstəliklər baş verdikdə
* hamilə qadında və ya ərində irsi xəstəlik olduqda
* kimya müəssisələrində və ya rentgen şüaları olan yerdə işləyən hamilə qadınlar olduqda.
Aşağıdakı hallarda hamilə qadın bir-neçə dəfə müayinə edilir.
Hamilə qadının USM müayinəsindən keçməsi onun yaşadığı ölkənin "Ana və uşaqların mühafizəsi haqqında” qəbul edilən qanununa uyğun olaraq təyin edilir. Qadın məsləhətxanasının qaydalarında hamilə qadının doğuma qədər neçə dəfə müayinə olunması qeyd edilirsə, mama-ginekoloqlar da o sayda müayinə tələb edirlər. Amma digər bəzi patoloji xəstəliklər meydana çıxarsa, müayinənin sayının artırılması münasib sayıla bilər.
1. Adətən ilk USM müayinəsi hamiləliyin 11-14-cü həftəsində təyin edilir. Amma Daun sindromu və bu kimi xəstəliklərin təyin edilməsi üçün hamiləliyin son aylarında müayinələr aparmağa ehtiyac duyulur. Bəzi hallarda isə təcili olaraq qadın çağrılır. Bu hallar aşağıdakılardır:
* uşaqlıq qanaxmaları
* qarının aşağı hissəsində sancılar baş verdikdə
* hamiləlik irəlilədikcə qarının böyüməməsi zamanı.
2. Normal hamiləlik zamanı ikinci USM müayinəsi hamiləliyin 20-24-cü həftəsində təyin edilir. Bu zaman uşağın başında və onurğa beynində patologiyanın olub-olmaması müayinə edilir. Daun, Edvard, Patay simptomları da bu dövrlərdə müayinə edilir.
3. Üçüncü USM müayinəsi 31-34-cü həftələrdə təyin edilir. Bu zaman dölün hansı istiqamətdə yerləşməsi, dölyanı maye və göbək ciyəsi müayinə edilir.
Əks göstəriş:
Ultrasəslə müayinənin əks təsiri müəyyən edilməyib. Lakin bu müayinə üsulu meydana çıxdıqdan sonra USM-in ana bətnindəki uşağa təsirini öyrənmək üçün bir çox eksperimentlər keçirilib.