Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hamiləlikdə ürəkbulanmanı azaldan 10 üsul – Toksikoza qarşı

  • 2019.09.04 16:55
  • 43636 Baxış
Hamiləlikdə ürəkbulanmanı azaldan 10 üsul –  Toksikoza qarşı
Hamilə qadınlarda ilk 3-4 ayda dəhşətli toksikoz, xüsusən səhər tezdən ürəkbulanma və qusmalar onları üzür və hətta ağır formaya keçərək adi suyu belə qaytarmağa vadar edir. 


Medicina.az orta və yüngül dərəcəli toksikozda hamilələrin vəziyyətini yüngülləşdirəcək metodları təqdim edir:


-Yuxudan oyananda yavaş oyanın, dərhal çarpayıdan qalxmayın, yerinizdə 10 dəqiqə uzanın, qalxın, uzanın. 

-Elə yatağın yanındaca su, alma, banan, peçenye və s. qoyun ki, oyandıqdan dərhal sonra yeyəsiz 


-Yerinizdən qalxandan sonra  çobanyastığı çayı için

-Günorta ət bulyonu için


-Qidanı az-az, tez-tez qəbul edin

-Yemək arasında fasilələr uzun olmasın, ac qalmayın


-Orqanizmin səsinə qulaq asın, o nə istəyirsə, onu yeyin

-Yağlı, qızardılmış, istiotlu yeməklər yeməyin


-Yemək nə çox soyuq, nə də qaynar olmamalıdır

-Zəncəfilli peçenye bişirin, ya da zəncəfili dondurub konfet kimi edib daim yanınzda saxlayın

-Unutmayın ki, bu halınız əbədi deyil və sizə təhlükə yaratmır