Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hamiləlikdə stress uşağın autist doğulmasına təsir edir

  • 2022.08.22 14:42
  • 2543 Baxış
Hamiləlikdə stress uşağın autist doğulmasına   təsir edir

Alimlər son zamanlar çox yayılan autizmin səbəblərindən ikisini açıqlayıb.


"Medicina" xəbər verir ki, Dyuk universitetinin alimləri siçanlar üzərində eskperiment aparıb.


Onların saxlandığı yeri dizel yanacağı ilə havanı çirkləndiriblər. Üstəlik bu sınağa stress də əlavə ediblər.

Daha sonra hamilə siçanların balalarını test ediblər.

Maraqlısı odur ki, dişi siçan balalarında heç bir autizm əlamətləri olmadı. Adətən autizm oğlanlarda olur. Bu da özünü doğruldub. Erkək siçan balalarında sosializasiya problemləri baş verib.

Alimlər bu qənaətə gəlib ki, hamilənin olduğu mühitdə atmosfer, hava çirklənməsi, tüstü və hamilənin keçirdiyi stress döldə beyin pozulmaları, gələcəkdə autizm, parkinson, şizofreniya, alsgeymer yarada bilər.


Siçanlar üzərində təcrübə göstərib ki, çirkli hava ilə nəfəs alan və daha çox stres keçirən dişi siçanlar daha çox autist bala dünyaya gətirib.


Aygün Musayeva