Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hamiləlikdə iki nəfərin əvəzinə qidalanmaq ZƏRƏRLİDİR

  • 2017.10.02 11:00
  • 13922 Baxış
Hamiləlikdə iki nəfərin əvəzinə qidalanmaq  ZƏRƏRLİDİR
Hər ana üçün vacib olan onun körpəsinin dünyaya sağlam şəkildə gəlməsidir. Xanımlar hamilə zamanı bəzən bilmədən yalnış düşüncələrlə hərəkət edirlər. Onlardan ən əsası isə hamiləlik müddətində iki nəfərin yerinə qida qəbuludur. Bəzən çox yemək hətta orqanizmə zərərli təsir də göstərə bilər.


Medicina.az-n verdiyi məlumata görə, hamiləlik müddətində orqanizm bir az çox kaloriyə ehtiyac duyur, lakin, bu miqdar ikiqat deyil. Kalsium, protein, dəmir, bəzi B vitaminləri (fol turşusu daxil olmaqla) və vitamin C -ni daha artıq qəbul etməkdə fayda var. Bu əlavələr pəhrizinizə əlavə süd və ya qatıq daxil etməklə, təzə meyvələri qəlyanaltı olaraq qəbul etməklə, yemək vaxtınıza yağsız ət və ya balıq seçməklə və ya axşam yeməyinizə salat tərəvəzləri və ya bişmiş göyərtilər əlavə etməklə əldə edə bilərsiniz. 

  

Ginekoloqlar hamiləlikdə qəbulu məsləhət olmayan qidaları açıqlayıblar:


Sağlamlıq əldə etmək üçün vitamini yüksək, hazır şəkəri və yağı az olan qidalar seçilməlidir. Doğru hamiləlik pəhrizinə əməl etmək üçün, çoxlu təzə qidalar yeyilməli, hazır, qablaşdırılmış qidalardan isə uzaq durulmalıdır. Bu qidalarda kalori və yağ çox olduğundan hamiləlikdən sonra mübarizə aparmalı olacağınız artıq çəki yarana bilər. 


Beləliklə, siz iki nəfərin yerinə yeməyin əvəzinə daha sağlıqlı qidalanaraq körpəniz və özünüz üçün sağlam həyat qazanmış olarsınız.