Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hamiləlik zamanı xərçəngə təsir edən AMİLLƏR

  • 2020.02.17 11:33
  • 4678 Baxış
Hamiləlik zamanı xərçəngə təsir edən   AMİLLƏR
Dünyada hər il 300 min uşağa xərçəng dioqnozu qoyulur. Uşaq ölümlərində xərçəng 2-3-cü sıralarda yer alır.

Medicina.az xəbər verir ki, professor doktor Özbek bunları xərçəng haqqında danışarkən qeyd edib. Onun sözlərinə görə, hamiləlik zamanı xərçəngə təsir edənn bir sıra amillər var.

Bir ölkə nə qədər sosial iqtisadi cəhətdən inkişaf edərsə, xərçəngdən ölüm halları da o qədər artır. İqtisadi durumu pis olan ölkələrdə isə infeksiyalar daha ön sırada yer alır.

Uşaqlarda ən çox görünən xərçəng növü qan xərçəngidir(leykoz).Hamiləlik dövründə hisə verilmiş,qızardılmış qidalardan istifadə, kolbasa-sosiska kimi məhsullar körpələrdə xərçəngin inkişafını artırır. B12 və B6 kimi vitaminlərin olmaması da problem yaradır.

Həkim bildirib ki, ana olacaq qadınblar bu müddət ərzində yetəri qədər meyvə və tərəvəz yemədikdə uşaqların qan xərçəngi olması riski daha çoxdur. Kök və yemiş yeyən hamilələr daha az risk altındadır.Xüsuslilə yemişdə antioksidant təsirə malik karotin maddələri var. Uşaqların ana südü ilə bəalənməsi həm ana,həm də uşağı xərçəngdən qoruyur.

Məişətdə istifadə olunan kimyəvi təmizləyici vasitələrdən və pestisidlərdən uzaq durmaq lazımdır.