Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hamiləlik zamanı epilepsiya - DİQQƏT!

  • 2019.10.23 12:56
  • 5271 Baxış
Hamiləlik zamanı epilepsiya -  DİQQƏT!
Epilepsiya sinir sisteminin ən çox yayılmış və ağır xəstəliklərindən
biridir. Epilepsiya həm xəstənin özünə, onun həyatına, həm də ailəsinə
təsir göstərən xəstəliklərdəndir.

 

Medicina.Az xəbər verir ki, bütün dünyada epilepsiyalı xəstələrin 20-40%-ni reproduktiv yaşda olan
qadınlar təşkil edir. Epilepsiyalı qadınlarda çox mühüm və vacib
məsələlərdən biri də hamiləlikdir. Ədəbiyyatda olan məlumatlara əsasən,
qadınların13%-də xəstəlik ilk dəfə hamiləlik dövründə özünü biruzə
verir, 14%-də isə tutmalar yalnız hamiləlik dövründə müşahidə olunur
(hestasion epilepsiya). Hər il doğulan uşaqların 0,3-0,4% epilepsiyadan
əziyyət çəkən qadınların uşaqlarıdır.

 


Epilepsiyalı qadınlarda hamiləliyin və doğuşun fəsadları sağlam
qadınlarla müqayisədə bir qədər yüksək ola bilər, hamilə qadının
epilepsiya əleyhinə preparatların qəbul etməsi isə doğulan uşaqda
anadangəlmə inkişaf qüsurlarına səbəb ola bilər. Epilepsiyalı qadınlarda
hamiləliyin uğurla başa çatdırılması nevroloqdan və mama-ginekoloqdan
çox asılıdır. Belə ki, bu qadınlarda hamiləliyin planlaşdırılması çox
vacibdir. Nəzarət edilməyən tutmaların həm qadının özü üçün, həm də döl
üçün yaratdığı risklə bağlı hamilə qadını məlumatlandırmaq lazımdır.


 


 


 


 


 


 


 


Mümkün olduğu qədər mayalanmanı bir epilepsiya əleyhinə preparatın ən
aşağı effektiv dozada qəbulu fonunda həyata keçirmək lazımdır.
Preparatın seçilməsində isə ən az teratogen effektə (yəni döldə inkişaf
qüsurlarının yaranmasına səbəb ola biləcək) malik olan preparata
üstünlük verilməlidir. Hamiləlik dövründə isə preparatın qəbulu davam
etdirilməlidir. Belə ki, epilepsiya əleyhinə preparatın hamiləlik
dövründə qəfil kəsilməsi epileptik statusa (bir-birinin ardınca 30
dəqiqə və daha çox davam edən tutmalar və tutmalararası dövrdə huşun
tamamilə bərpa olunmaması halıdır) gətirib çıxarır ki, bu vəziyyət də
həm ana, həm də döl üçün olduqca təhlükəlidir.


Ümumiyyətlə,
tutmaların müalicəyə tabe olunması düzgün preparat seçimi ilə yanaşı,
xəstənin müalicə qaydalarına, qida və yuxu rejiminə riayət etməsindən də
asılıdır. Bu amillər də hamiləliyin planlaşdırılmasında və baş verə
biləcək fəsadların qarşısını alınmasında vacibdir.


 


 


Birmənalı
olaraq, epilepsiyalı qadınlarda hamiləliyin planlaşdırılması, hamiləlik
dövründə nevroloq və mama-ginekoloqla birgə müayinəsi, müalicəsi və
dinamik müşahidəsi zəruridir.


 

 
Hamiləlik zamanı epilepsiya -  DİQQƏT!