Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hamiləlik dövründə ağız və diş sağlamlığını qoruyan qidalar

  • 2024.02.28 11:56
  • 702 Baxış
Hamiləlik dövründə ağız və diş sağlamlığını qoruyan qidalar
Hamiləlik və hormonal dəyişikliklər dişlərə, diş ətinə zərər verə bilir. Ona görə də qidalanma vərdişlərinə diqqət yetirmək lazımdır.

Medicina.az xəbər verir ki, Dr. Güzin Kırsaçlıoğlunun hamilələrə tövsiyə etdiyi qidalar bunlardır:

Pendir

Pendirdəki “kazein” zülalı diş çürüməsinin qarşısını alır. Yeməkdən sonra pendir istehlakı ağız və diş sağlamlığını dəstəkləyir.

Yaşıl çay

Yaşıl çay antimikrobiyal xüsusiyyətlərə malikdir. Çay antioksidant xüsusiyyətləri ilə ağız və diş sağlamlığını qoruyur. Yaşıl çayı ilıq halda halda içmək faydalıdır.

Adaçayı

Adaçayı çayı da antiseptik xüsusiyyətləri ilə ağız və diş sağlamlığını qoruyur. Gündə bir stəkan adaçayı içmək məsləhətdir.

Yer fıstığı

Yer fıstığı kalsium və kaliumla zəngindir. Brokkoli və brüssel kələmi kimi tərəvəzlərdən hazırlanmış salatlara ələva edərək təsirini artırmaq olar.

Süd

Süd içmək son illərdə mübahisəli məsələyə çevrilib. Bəziləri südün yararından çox zərəri olduğunu iddia edir. Lakin süd istehlakı ağız və diş sağlamlığı üçün faydalı ola bilər.

Alma, çiyələk və kivi

Bu meyvələr diş səthinə təmizləyici təsir göstərir. Dişlər və diş əti üçün ən faydalı meyvələr alma, çiyələk və kividir.

Gül