Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hamilələrin yoluxma təhlükəsi artır - HƏKİM

  • 2021.10.25 14:51
  • 1104 Baxış
Hamilələrin yoluxma təhlükəsi artır -  HƏKİM
Xüsusilə epidemik vəziyyətin pisləşdiyi dövrdə hamilə qadınların koronavirusa yoluxma təhlükəsi artır.

Medicina.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında həkim-infeksionist Nicat Əzimli deyib.

O hamilələrin hansı formada vaksinasiyada iştirak edə biləcəyini və diqqət etməli olduqları amilləri qeyd edib:

"Hamiləlik özü vaksinasiya üçün əks-göstəriş halı deyil. Əsas diqqət yetirilməli amil dərmanlara qarşı həssaslığı, autoimmun və digər yanaşı xəstəliklərdir ki, bu cür problemləri olan hamilələr həkim məsləhətindən sonra vaksinasiyada iştirak edə bilərlər".

Qeyd edək ki, Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası risk qrupuna daxil olan hamilə qadınları (yaşı 35-dən yuxarı olanlar, piylənmə, diabet, hipertenziya, böyrək və qaraciyər xroniki xəstəlikləri, autoimmun sistem xəstəliklərindən əziyyət çəkənlər, çoxdöllük və s.) hamiləliyin 12 həftəsindən sonra mRNT Pfizer (“Comirnaty”) vaksini ilə peyvənd olunmağı tövsiyə edib.

Bildirilib ki, risk qrupuna daxil olmayan hamilə qadınlar da hamiləliyin 12 həftəsindən sonra yazılı razılıqları əsasında mRNT Pfizer (“Comirnaty”) vaksini ilə peyvənd oluna bilərlər.