Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hamilələrin nəzərinə: Bu meyvələri yeməyin

  • 2018.01.10 21:32
  • 39567 Baxış
Hamilələrin nəzərinə:  Bu meyvələri yeməyin
Hamiləlik müddəti olduqca məsuliyyətli bir dövrdür. Bu dövrdə xanımlar qidalanmaya xüsusi diqqət etməlidirlər.

 

Bəs hamiləlik dövründə hansı qidaları yemək olar və ya olmaz?


Medicina.az ailem.az-a istinadən məşhur ginekoloq, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının II mama-ginekologiya şöbəsinin müdiri Turab Canbaxışovun məsləhətlərini diqqətinizə çatdırır.


Həkim bəzi qida maddələrinin faydası və zərəri haqqında məlumat verərək deyib ki, hamilələr hər yediyinə xüsusi diqqət yetirməlidir: "Hamiləlik immun sisteminə təsir göstərir, sizin və körpənizin qidalanma ilə bağlı xəstəliklərə səbəb olan bakteriya və viruslara daha çox həssas olmasına səbəb olur. Hamiləlik dövründə qaçınılması lazım olan meyvələr var. Əgər siz hamiləsinizsə və ya hamiləlik planlaşdırırsınızsa, yetişməmiş papayadan istifadə etməyin. Yetişməmiş papayanın tərkibində uşaqlıq yığılmalarına səbəb olan lateks maddə var. Həmçinin də ananasdan qaçın. Çünki hamiləlikdə ananas yemək məsləhət deyil. Ona görə də ananasdan qaçınmaq lazımdır. Ananas uşaqlıq boynunun yumşalmasına səbəb olan bromelanla zəngindir. İlk trimesterdə uşaqlıq boynunun yumşalması təhlükəsinə görə istifadə olunmamalıdır”.


T. Canbaxışov bildirir ki, bəzi mütəxəssislər hamiləlik dövründə üzümdən istifadəni də məsləhət görmür: "Bir çox ekspertlər bunu üzümün üzərinə böcəklər yeməməsi üçün kimyəvi maddənin vurulması ilə izah edirlər. Hamilə qadın üçün bu kimyəvi maddə toksikdir. Hamilə qadınlar yuyulmamış və pasterizə olunmamış meyvələrdən istifadə etməməlidir. Hamiləlik zamanı qida gigiyenası toksoplazma infeksiyasından qorunmağa kömək olur. Bundan qorunmağın bir neçə yolu var. Meyvə və tərəvəzləri yeməzdən və ya hazırlamazdan əvvəl yaxşı yuyun, xüsusilə Cantaloupe, yemiş kimi meyvələri. Balaca meyvə fırçası ilə meyvənin səthindəki çirki təmizləyin. Meyvələrdə bakteriyaların inkişaf edə biləcəyi zədələnmiş sahələri kəsib atın”.  


Ginekoloq xəbərdarlıq edir ki, məişətdə təmizlik edərkən yuyucu vasitələrin istifadəsinə də xüsusi diqqət yetirmək lazımdı: "Sabun, yuyucu vasitələr, ya da ağardıcıdan istifadə etməyin”.