Bir qrup elm adamının araşdırmasına görə, mobil telefonlardan yayılan elektromaqnit dalğaların çeşidi və vaxtının ana bətnindəki körpənin genetik quruluşundakı xromosom zədələnməsinə səbəb olur.
Medicina.az xəbər verir ki, Türkiyəli elm adamları araşdırmadan sonra bildirib ki, ana bətnindəki körpənin içində yerləşdiyi amniyotik mayedə ana hüceyrələri olmur. Körpəyə aid cild, tənəffüs,həzm və ifrazat sistemindən tökülən hüceyrələr var. Doğum öncəsi tibbi olaraq genetik forması, DNA və xromosom analizi lazım olduqda ananın qarnındakı "amniyosintez" adlı mayedən nümunə alınır.
Araşdırma zamanı 18 hamilə qadından bu analiz götürülüb. Bir qrupa 900, digərinə isə 1800 meqahers güclü elektromaqnit sahədə saxlayıblar. İki qrupdakı hüceyrələri 3 ayrı zamana ayrılıb. Hər gün 3, 6 və 12 saat maqnitli ərazidə saxlanılıb.
12 gündən sonra, bütün hüceyrə qruplarındakı xromosomları əldə etdik. Xromosom görüntüləmə sistemində, yarana biləcək struktur və ədədi dəyişiklikləri bir -bir qeyd ediblər.
Bu analizi incələyən zaman körpələrdə xromosom zədələməsi aşkarlanıb. Belə ki, gündə 900 meqahers dalğa dəyərinə 3 saat məruz qalan hüceyrələrin 14 %-i, 6 saat məruz qalanların 17%-i, 12 saat məruz qalanların 40%-DƏ İSƏ xromosom zədələnməsi aşkar edilib.
Ona görə də, professorlar ana olacaq qadınlara bəzi tövsiyələr verib.
Mobil telefonlar həyatımızda nə qədər əhatə etsə də,hamilələr telefondan uzaq durmalıdır. Mümkün olduğu müddətdə telefonu üstlərində daşımalı deyillər. Danışanda isə çox qısa danışmalıdırlar. Telefon ilk çaldığı zaman maqnetik dalğalar çox yüksək gəlir. Ona gör gözləmək lazımdır ki, bir neçə dəfə çağırsın. Daha sonra cavab vermək olar. Qulaqlıqdan istifadə edərək danışsalar daha az mənfi təsiri olar.