Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hamilələrə xəbərdarlıq - Bu dərmanı içməyin

  • 2021.11.01 16:01
  • 2125 Baxış
Hamilələrə xəbərdarlıq -  Bu dərmanı içməyin
Hamilə qadınlara XƏBƏRDARLIQ: aspirin qəbul etməyin

Alimlərin son tədqiqatlarına görə, aspirin qəbul edən hamilə qadınlar öz övladlarının səhhətini riskə atmış olurlar.

Lent.az-ın məlumatına görə, mütəxəssislər müəyyən ediblər ki, bu dərman uşaq serebral iflicinin yaranma ehtimalını 2 dəfə artırır.

Digər dəqiqləşdirməyə görə, uşaqlar üçün ən böyük risk preparatların hamiləliyin orta dövründə qəbul edilməsidir. Tədqiqat aparan alimlərin fikrincə, onlardan daha inandırıcı görünəni odur ki, preparatın komponentləri hamilə qadının hormonal fonunda dəyişiklik yaradır, bu da öz növbəsində uşağın baş beynində pozuntulara səbəb olur.


Həkimlər tövsiyə edirlər ki, qadınlar hamiləlik və südvermə dövründə dərmanlardan sui-istifadə etməsinlər. Əksər hallarda onları xalq təbabəti vasitələri ilə əvəz etmək olur. Hətta bu müalicə üsulunu belə həkimlərlə məsləhətləşmədən tətbiq etmək olmaz. Ona görə də hamiləlik dövründə xəstəliklərin profilaktikası ən rasional vasitə hesab edilir.