Hamilələrə qadağan olan qidalar arasında super populyar suşi və vasabi də var.
"Medicina" xəbər verir ki, ginekoloq Tatyana Lekareva vasabi, okean balığı, suşinin hamilə qadın üçün təhlükəli ola biləcəyini deyib.
"Bu qidalar süfrə sirkəsi, acı maddələr, ədviyyat, isitot çox qatılır.
Onları yedikdə, uşaqlıq əzələsinin yığılması çoxalır, bu da düşmə ehtimalını artırır.
Ona görə hamilə yeməklərinə istiot, çili bibər, ədviyyat qatmaq olmaz.
Okean bvalıqları da tövsiyə edilmir. Çünki balıqda ağır metallar çoxdur, məsələn civə. Bu isə dölün beyninə zərərlidir.
Tuns balığı, iri okean, dəniz balıqları toksiki elementlərdən boldur".
Aygün Musayeva