Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hamilələr və süd verən analar oruc tuta bilərmi ? - ŞƏRTLƏR

  • 2019.05.07 10:27
  • 15500 Baxış
Hamilələr və süd verən analar oruc tuta bilərmi ? -  ŞƏRTLƏR
 Bol su qəbul etmək hamilələrin və süd verən analar üçün mütləqdir. 

 

Ginekoloqlar medicina.az-a bildiriblər ki, belə qadınların oruc tutmaq niyyəti varsa, mütləq həkimlə məsləhətləşməlidirlər.
Hamiləlik ərəfəsində ana namizədlərinə; uzun müddət ac qalmamaq, tez-tez qida qəbul etmək lazımdır.

 

Diabet, erkən doğum riski, qanaxma kimi riski hamiləlik varsa, həmin xanımların oruc tutmağı qorxuludur. Orucluqda az maye qəbul edildiyi üçün hamilələrdə uşaqlıqda sıxılma olur. Nəticədə erkən doğuş riski yaranır. Hamiləlik zamanı bol su içmək sidik yolu infeksiyasından qoruyur.
Diabet hamilə olanlara qida qəbulu xüsusi ilə önəmlidir. Az qida qəbulu həm qadına, həm də körpəyə təhlükə yarada bilər. Hamilələrin gün ərzində az maye qəbul etməsi təzyiqin düşməsi ilə nəticələnir.

 

Gün ərzində ananın az su içməyi qanın azalmasına səbəb olur. Bu da bətnindəki uşağın sidik kisəsi suyunun azalmasına yol açır.
Süd verən analar xüsusi ilə ilk aylarda qidalanmaya diqqət etməlidir. Bol maye qəbulu südün artımasına kömək edir. Bu səbəbə görə də süd verən qadınların oruc tutmağı tövsiyə olunmur.

 

 

 Ayna Məmmədova Medicina.az