Hamiləliyin ilk 3 ayında qoz və bu kimi cərəzlər körpənin ağıllı olmasına təsir edir.
Bu qənaətə İspaniyalı elm adamları uzun müdddət aparılan araşdırmalardan sonra gəliblər. Tədqiqatlarda 2200 ana və köpəsi iştirak edib. Çalışmalarda hamiləliyin ilk 3 ayında hərgün 30 qr. qoz, badam, püsdə qəbul edən xanımların övladlarında müsbət dəyişiklik müşahidə olunub. Belə ki, həmin qadınlarının övladları daha ağlllı, diqqətli, bacarıqlı olduğu təsdiqlənib.
Bu dadlı çərəzlərin faydası haqqında insanlar hətta bizim eramızdan əvvəl bilirdilər. Tərkibində çox faydalı E vitaminin olmasına görə qoz-fındıq yaddaşı yaxşılaşdırır, əqli fəaliyyəti stimullaşdırır, yaşlı insanlarda ağıl zəifliyinin inkişaf etməsinin ehtimalını azaldır.
E vitaminindən əlavə qoz-fındıqda müxtəlif faydalı vitamin və mikroelementlər vardır: kalsium, kalium, dəmir, maqnezium, yod, fosfor, selen, A, B1, B2, C, P və s. Bundan əlavə onların tərkibində çoxlu miqdarda əvəzsiz yağ turşuları, dəyərli zülallar var.
Qoz, fındıq, badam, araxis, keşyu və s. qan-damar sistemi üçün çox faydalıdır. Ateroskleroz, anemiya (qanazlığı), ürəyin işemik xəstəliyi, damar xəstəlikləri və s. yayılmış xəstəliklər zamanı onlar yaxşı müalicəvi və profilaktik effekt verir.
Alimlərin fikirinə görə, qoz-fındığın qəbul edilməsi xərçəng xəstəliklərinin profilaktikasında əsas yerlərdən birini tutur.
Ayna Məmmədova
Medicina.az