Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hamilə tələbələrdən COVID-19 pasportu tələb olunur? - AÇIQLAMA

  • 2021.10.11 11:47
  • 1551 Baxış
Hamilə tələbələrdən COVID-19 pasportu tələb olunur? -  AÇIQLAMA
"Cəmiyyəti son günlərdə narahat edən məsələlərdən biri peyvəndləmədir”.

Medicina.az -ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.

Deputat bildirib ki, bu gün bu sahədə həm ölkəmizdə, həm də dünyada mühüm işlər görülür: “Peyvəndləmənin xüsusilə təhsil sahəsində aparılması çox mühümdür. Ana olma ehtimalı olan tələbə hamilə qadınlardan, tələbə analarından əks-göstəriş sertifikatı tələb olunur. Hətta bu günlərdə belə bir tələbə öz imzasıyla təhsilindən imtina edib.

Sabah bir ana koronavirusa qarşı peyvəndi olmadığı üçün məhkəməyə müraciət edə bilər. Dünyada sübuta yetirilib ki, hamilə qadınların peyvənd olunması əks-göstəriş yaratmır, ancaq bizdə əks-göstəriş sertifikatı verirlər”.