Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hamilə qalmaq şansını azaldan faktorlar

  • 2018.03.14 12:30
  • 23314 Baxış
Hamilə qalmaq şansını azaldan faktorlar
Hər ailə uşaq sahibi olmaq istəyir.


Bəs qadının hamilə qalmaq şansını nə azaldır?


Medicina.az hekimtap.az-a istinadən xəbər verir ki, bu barədə türkiyəli ginekoloq Ebru Ünal məlumat verib. Həkimin sözlərinə görə hamilə qalmamağın səbəbinin həm kişi, həm də qadından qaynaqlana biləcəyini qeyd edib: "Əgər hamilə qalmaq istəyirsinizsə öncə sağlamlıq vəziyyətinizin yaxşı olub-olmadığını bilməlisiniz”.


Bununla yanaşı bəzi faktorlar var ki, hamilə qalmaq şansını azaldır:


 – Artıq çəkidə olmaq – Vücudunuzda gərəkdiyindən çox yağın olması, orqanizmdəki ostrogen miqdarının artışına səbəb olur və hamilə qalmaq şansı azaldır.


 – Çox arıq olmaq – Vücudda lazım olması vacib olan yağ miqdarının 100-də 10 qat daha az olması da hamiləliyin qarşısını alır.


 – Hormonal problemlərin olması da bu nəticəyə gətirib çıxarır.


 – Tiroid, şəkər  xəstəliyi hamilə qalmaq şansını azaldır. Bu səbəbdən adı çəkilən xəstəlikdən əziyyət çəkənlər ilk olaraq müalicəyə diqqət verməlidirlər.


 – Əgər hamilə qalmırsınızsa ilk olaraq tiroidinizi yoxladın.


 – İstifadə etdiyiniz dərmanlara da diqqət edin. Antibiotiklər, antidepressantlar, ağrıkəsicilər sonsuzluğa səbəb ola bilər.


 – İşlədiyiniz yerlərdə kimyəvi şüalanmağa məruz qalması, radiasiya hamiləliyin qarşısını alan faktorlar sırasındadır.


 – Cinsi yolla yoluxan xəstəliklər də hamiləliyin qarşısını ala bilər. Bu baxımdan müayinəni ətraflı etməlisiniz.


 – Həddindən artıq qəhvə içmək, spirtli içkilərdən istifadə, stress də uşaq sahibi olmaqda çətinlik yaradan faktorlardır.