Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hamilə qadınlarda bu xəstəlik gec diaqnoz olunur -Kardiologiya İnstitutu

  • 2019.10.28 14:44
  • 2807 Baxış
Hamilə qadınlarda bu xəstəlik gec diaqnoz olunur  -Kardiologiya İnstitutu

Hamilə qadınların müayinəsində kardioloq müayinəsi 1-ci sırada olmadığına görə onlar üçün ən təhlükəli xəstəlik hesab olunan Peripartum kardiomiopatiya diaqnozu 80% halda doğuşdan sonrakı 1-ci ay müddətində, hətta daha gec - 4-5-ci aylarda qoyulur.


Medicina.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin akad.C.M Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutunda "Peripartum kardiomiopatiya”- hamilə qadınlarda və doğuşdan sonrakı erkən mərhələlərdə ürək çatışmazlığına dair" elmi-praktik seminarda məlumat verilib.


Seminarda qeyd edilib ki, "Peripartum kardiomiopatiya” hamiləliyin son 4 həftəsində və hamiləlikdən sonraki 5-ci aylar arasında inkişaf edən, ana ölümü ilə nəticələnə bilən ürək problemidir:


"PPKM hamiləlik zamanı çox tez-tez rast gəlinən patologiyalardandır. Ürək xəstələrində olan bir sıra şikayətlər - başgicəllənmə, təngnəfəslik, hava çatışmazlığı hissi, uzandıqda boğulma, öskürək, topuqlarda ödem, tez yorulma hamilələrdə adi halda görülən simptomlar olduğu üçün onlara diqqət yetirilmir. Buna görə də əksər hallarda hamilə qadınlardakı mövcud ürək problemləri erkən mərhələdə aşkarlanmır. Diaqnoz qoyularkən isə artıq xəstəlik inkişaf edərək son mərhələyə çatır".


Qeyd edək ki, seminarın keçirilməsində məqsəd bu halların profilaktikası və xəstəliyin erkən diaqnostikası üçün yuxarıda göstərilən şikayətləri olduqda (Peripartum kardiomiopatiya nöqteyi nəzərindən şübhəli görünən) hamiləliyin son aylarında və hamiləlikdən sonra kardioloqun baxışı və exokardioqrafik müayinənin aparılmasının zəruri olduğunu hər kəsin nəzərinə çatdırmaq olub.