Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hamilə qadınlara xəbərdarlıq – Bu qidalardan uzaq durun!

  • 2018.02.23 11:37
  • 14961 Baxış
Hamilə qadınlara xəbərdarlıq  – Bu qidalardan uzaq durun!
Qadınların hamiləlik zamanı düzgün qidalanması dünyaya gətirəcəyi övladının sağlamlığına da birbaşa təsir edir.


Foodinfo.az xəbər verir ki, hamilələr bunu nəzərə alaraq yeməklərini düzgün seçməli, zərərli qidalardan uzaq durmalıdırlar.


Daha çox təbii qidalara üstünlük verilməli, paketlənmiş yeməkləri menyudan çıxarmaq lazımdır.


Hamiləlik müddətində məsləhət görülməyən qidalar aşağıdakılardır:


– Az bişmiş və ya çiy olan hər növ qırmızı ət. Bunlar hamilə qadınlarda toksoplazma infeksiyasının yaranma riskini artırır;


– Sosiska, kolbasa;


– Qazlı, şəkərli və kofeinli içkilər;


– Fəstfudlar, cipsilər.


– Tərkibində yüksək miqdarda civə olan qılınc balığı və uskumru balığı da məsləhət görülmür. Bu, uşağın beyin və sinir sisteminin inkişafına mane ola bilir.


– Pasterizə edilməyən, yəni 100 dərəcədən yuxarı olmamaq şərtilə qızdırılmayan süd və süd məhsulları da zərərlidir. Mütləq pasterizə edilmiş məhsullar qəbul edilməlidir.


Son olaraq qeyd etməliyik ki, hər orqanizmin öz qidaları olur. Mütləq bu barədə öz həkiminizlə məsləhətləşin və orqanizminizə uyğun qidaları müəyyənləşdirin.