Hamiləlik dövrü qadınlar üçün vacib dönəmlərdən biri sayılır. Məhz bu dövrdə qadın orqanizmi daxili dəyişikliklərə məruz qaldığı üçün hərzamankindən daha çox böyük enerji və gücə ehtiyac duyur.
“Medicina” xəbər verir ki, bu dövrün asan keçməsi üçün digər tibbi göstərişlərdən savayı qadının pəhrizi tam, müxtəlif və balanslı olmalıdır. Erkən hamiləlikdə pəhriz çox dəyişdirilə bilməz.
Lakin bəzi qidalar və yeməklər istisna edilməlidir. Bundan fast food, hisə verilmiş ət, yağlı və ədviyyatlı qidalar, konservləşdirilmiş qida, ekzotik məhsullar, qazlı içkilər, allergen məhsullar, çiy yumurta, xam və yarı çiy ət, qaraciyər, suşi, yumşaq pendirlər, pasterizə olunmamış süd və şirələr rasiondan demək olar çıxarılmalıdır.
Balıq (çiy və yüksək civə), dəniz məhsullarıdan makaira, qılınc balığı, skumbriya, ağ ton balığı yeyə bilməzsiniz. Çiy balıqlarda bakteriya və parazit ola bilər.
Pasterizə olunmamış yumşaq pendirlər çiy süddən hazırlandıqları üçün listeriya bakteriyaları ilə orqanizmə nüfuz edə bilər. Dölün bədəninə bir dəfə daxil olan bu bakteriyalar ciddi inkişaf pozğunluqlarına və hətta aşağı düşməyə səbəb olur. Belə pendirlərin istifadəsi zamanı etiketdə pasterizə edilmiş (mozzarella, ricotta, krem pendirlər, hallumi, emal edilmiş pendirlər) yazılan məhsula baxmaq vacibdir.
Pasterizə olunmamış süd və şirələr süd və təzə sıxılmış şirələr patogen və hamilə qadınlar üçün arzuolunmaz olan E.coli, listeria, salmonella bakteriyaları ilə çirklənə bilər.
Çiy yumurta tərkibində xam zülal və ya sarısı olan və ya kifayət qədər istilik müalicəsindən keçməmiş yeməkləri yeməməlisiniz. Məsələn, yumşaq qaynadılmış yumurta, souslar, yumurta qabığı.
Çiy və yarı çiy ət və quş əti listeriya ilə çirklənmiş ola bilər. Ət yeməklərini yeməzdən əvvəl ətin düzgün bişdiyinə əmin olun.
Fast food və qızardılmış yeməklər qəti şəkildə qadağan edilənlər siyahısına daxil edilməmişdir. Lakin onun mədə-bağırsaq traktına zərər verir. Nəticədə gələcək ananın ümumi vəziyyətinə mənfi təsirlə yanaşı bədəndə balanssızlığa səbəb olacaq.
Əgər uşaq dünyaya gətirmə dövründə həqiqətən zərərli bir şey yemək istəyirsinizsə, sağlam bir alternativ tapmağa çalışın. Məsələn, yeməyi az miqdarda yağda qızardın və ya daha yaxşı bişirin.
Kofein bir sıra problemlərə, xüsusən də yuxunun pozulmasına gətirib çıxardacaq. Çünki bu maddə sinir sisteminin refleks həyəcanını artırır.
Aygün Musayeva