Azərbaycanda 12 yaşdan yuxarı uşaqlar peyvəndlənə bilər.
Medicina.az xəbər verir ki, bunu ARB24-ün “Nə baş verir?” verilişinə açıqlamasında Almaniyada fəaliyyət göstərən həkim Ümüd Səlimzadə deyib.
O bildirib ki, Almaniyada uşaqların peyvəndlənməsi prosesində “Biontech/Pfizer” peyvəndindən istifadə edilib:
“Bu peyvənd sözügedən yaş aralığında olan uşaqlara vurulur, effekti də yaxşıdır. Fikirləşirəm ki, əgər həmin peyvəndin 12-18 yaş aralığında olan şəxslərə vurulmasına icazə verilirsə, nəyinki Azərbaycan, bütün dövlətlər bundan istifadə edə bilər. Hətta tez-tez eşidirəm ki, hamilə və südverən qadınlarda “Biontech/Pfizer” və “Moderna” peyvəndlərinin heç bir əks göstərişi müşahidə olunmayıb. Almaniya bu peyvəndlərin həmin qadınlara vurulmasına icazə verib”.
Həkim onu da bildirib ki, müəyyən yaş qruplarının ən azı 50 faizi peyvəndlənəndən sonra peyvənd rezervi olarsa, çox güman ki, daha aşağı yaş qrupları da peyvəndlənəcək.