Ailədə dünyaya gələcək ilk övlad hamı üçün maraqlı olur. İlk dəfə uşaq gözləyən ana bətnində inkişaf edən körpə haqda daha çox məlumat əldə etmək istəyir. Həmçinin də nənə-baba, qohum-əqrəbalar elə ilk aylardan uşağın cinsiyyəti ilə maraqlanmağa başlayırlar.
Hamiləliyin 13-cü həftəsindən uşağın cinsi orqanları inkişaf etməyə başlayır. Bu proses təxminən 20-ci həftədə başa çatır. Bu müddətdən sonra qadın məsləhətxanalarında USM vasitəsilə uşağın cinsiyyəti haqda ətraflı məlumat əldə etmək mümkünüdür. Lakin bu müddəti gözləməkdə səbrsizlənən nənələrimiz bir sıra əlamətlərə görə, əsasən də ananın qarnının formasına baxaraq uşağın oğlan və ya qız olacağını təyin etməyə çalışırlar.
Bəs ananın qarın formasına görə, dölün cinsiyyətini və anadakı problemləri necə müəyyənləşdirmək olar?
Medicina.az xalq inanclarından bəzilərini təqdim edir:
Əgər uşaq qızdırsa, o zaman: qarnın forması böyük, oval, arxadan baxıldıqda kənarlardan görünən, azacıq sola doğru əyilmiş, olur. Qarın tam olaraq süd vəzilərinin altından başlayır. Oğlan uşağı gözləyən anaların qarnı isə səliqəli, oval, qabağa çıxan, iti, arxadan baxdıqda görünməyən, azacıq sağa doğru əyilmiş, daha aşağıda yerləşir.
Əvvəlcə onu deyək ki, ananın qarnının forma və ölçüsü uşağın cinsiyyətindən əlavə digər bir sıra vacib məqamlardan xəbər verir.
Ginekoloqlar bunu aşağıdakı kimi açıqlayırlar:
1. Dölün ölçüsü və onun uşaqlıqda yerləşmə forması
2. Qadının bədən quruluşu
3. Çanağın ölçüsü və onun quruluşu
4. Qarın əzələlərinin tonusu
5. Ananın çəki alması və qarın hissənin piy qatı ilə örtülməsi
6. İrsi amillər
7. Dölətrafı mayenin miqdarı
8. Bağırsağın fəaliyyətinin pozulması, qazəmələgəlmə prosesinin artması
9. Uşaqlıqda olan döllərin sayı
Normal inkişaf edən hamiləlik zamanı döl ana bətnində başıaşağı olmaqla ayaqları qatlanmış şəkildə olur. Bu zaman qadının qarnı oval şəkilli, yumurtayabənzər forma alır. Amma bəzən bir sıra amillərin təsirindən qarnın forması dəyişir. Mütəxəsislər bunu aşağıdakı amillərlə izah edirlər:
1. Qarnın assimetrik formada olması dölün ana bətnində qeyri-təbii formada və ya çəpinə olduğundan xəbər verir.
2. Böyük və yumru qarın uşaqların əkiz və üçüz olmasından xəbər verir.
3. Armudşəkilli forma qarın əzələlərinin tonusunun az olması və dölün aşağıya doğru sürüşdüyündən xəbər verir.
4. Şarşəkilli və yumşaq qarın dölətrafı mayenin çox olduğunu bildirir.
5. Yumru-kvadrat qarın forması dölün həddən artıq iri ölçülü olduğunun xəbərçisidir.
6. Qarnın normadan balaca və yığcam olması isə suyun az olmasının əlamətidir.
7. Yuxarıya doğru qalxan qarın kiçik isə çanağın əlamətlərindən biridir.
Səbrsizliklə dünyaya gəlişi gözlənilən uşağın cinsiyyətini təyin etməyin ən etibarlı yolu 13 həftədən sonra USM və dopler vasitəsilə müayinədir. Bu müayinə üsulları ilə uşağın cinsiyyətindən əlavə meydana gələn bir sıra problemlərin də vaxtında aşkarlanaraq aradan qaldırılması mümkündür.
Arzu
Medicina.az
Axrinci aybasim dekabrin 24de olub 2022 usagim qizmi olacaq yoxsa oglan
Sebine
01.10.1990 anadan olmuşam axrıncı aybaşım dekabrın 25 olub uşaq qız ya oğlandı deyə bilərsiz zəhmət olmasa
Axirinci aybasi noyabrin8 olub .2022də
15 heftelik hamileyim oglandi ya qiz bilmek isteyurem indi ye kimi urey bulantim olmayib
07 26 1989
Yevlag
Çox isdeyirsen qız olsun uziler bir defe qız bir defe oglan deyirlər artıq hamiləliyin 19 hefdesini bitirmisik
Воронж
Mende 3 ayligam amma bilmekmistereim qızdı oglandi
Dokrtor mende ureybulanma urek doyuntusu tezyiqim asagi olur bu normaldi
3 aylıq hamiləyəm səhərlər olurem qaytarmaqdan qızdı ya iglan
axrinci aybawim mart 28olub 7ayim olub ureyim bulanmir ne ola biler qiz yoxsa oglan
7ayim tamam olub ureyim bulanmir ne ola biler
Salam 4 cu hamilekdi məndə 3 ay tamam qaytardım seherler daha çox 4 cu ayın əvvəllərində dayandı indi 3,4 günnən bir seher ac qarnına qaytarma olur bilmek olarmı qız yoxsa oğlandı?