Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hamilə qadının bətnindən 3 kq-lıq nəhəng şiş çıxarıldı, uşağın həyatı xilas olundu – Azərbaycanda unikal əməliyyat

  • 2018.08.01 17:39
  • 9358 Baxış
Hamilə qadının bətnindən 3 kq-lıq nəhəng şiş çıxarıldı, uşağın həyatı xilas olundu –  Azərbaycanda unikal əməliyyat
Azərbaycanda RDM-də ginekoloq-cərrah Aleksandr Barsukov hamilə pasiyenti üzərində çətin əməliyyat icra edib.


Medicina.az xəbər verir ki, o hamilə qadının bətnindəki körpəni xilas etmək üçün uşaqlıqdan nəhəng miomanı çıxarıb.


31 yaşlı, ilk hamiləliyi olan pasiyent qarında şiddətli ağrılarla mərkəzə daxil olur. USM müayinədə nadir rast gəlinən nəhəng mioma aşkarlanır. HAmiləliyin 17-ci həftəsində olan qadında mama-ginekoloq Aleksandr Barsukov tərəfindən hamiləliyin qorunması şərtilə miomektomiya əməliyyatı icra olunur. 


Kifayət qədər riskli olan əməliyyat uğurla başa çatır, 3 kiloqram, top ölçüsündə olan mioma bətndən xaric olunur. Əməliyyatdan sonrakı dövr fəsadsız keçib.

 

Hazırda hamiləlik davam edir və 21-ci həftəlikdir. Bir neçə aya keysəriyyə üsulu ilə doğuş planlaşdırılır.