Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Şəbnəm Mustafayevaya ağır vəziyyətdə Topçubaşov adına Elmi-Tədqiqat Cərrahiyə Xəstəxanasına gətirilib.
Tibbi yardım göstərilsə də onun həyatını xilas etmək mümkün olmayıb. 22 həftəlik hamilə olan qadın bətnindəki uşaq ilə birlikdə ölüb.
Məlumata görə, 5 il qabaq ürək əməliyyatı keçirən qadın bu il martın 17-də "mitral qabağın protezinin trombozu" diaqnozu ilə Topçubaşov adına Elmi Cərrahiyə Xəstəxanasına yerləşdirilib. Tibbi müdaxilələr nəticə vermədiyindən o ürək çatışmazlığından ölüb.
Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.