Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hamilə qadın həkim səhlənkarlığına görə öldü - UŞAĞI 8 AYLIQ İMİŞ

  • 2019.06.15 13:09
  • 19321 Baxış
Hamilə qadın həkim səhlənkarlığına görə öldü -  UŞAĞI 8 AYLIQ İMİŞ
 

Gürcüstanın Qardabani rayonunun Nəzərli kənd sakini 33 yaşlı hamilə qadın ölüb.


Medicina.az "Report”a istinadən xəbər verir ki, 8 aylıq hamilə olan S.Yusubova ötən gün özünü pis hiss edib. Yaxınları onu günorta saatlarında xəstəxanaya aparıblar. Həkimlər ona bir neçə dərman yazaraq evə buraxıblar.


S.Yusubova evə gəldikdən bir neçə saat sonra halı pisləşib və o, yenidən xəstəxanaya çatdırılıb. Gecə saatlarında isə xəstəxanadan yaxınlarına S.Yusubovanın dünyasını dəyişdiyi bildirilib.


Qadının meyiti Rustavi şəhər Ekspertiza mərkəzinə aparılıb.


Doğmaları S.Yusubovanın ölümündə həkimləri günahlandırırlar. Onlar bildiriblər ki, qadın həkimlərin ehtiyatsızlığı səbəbindən dünyasını dəyişib.


Faktla bağlı araşdırma aparılır.