Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hamilə qadın daha ehtiraslı olur, hamiləlik zamanı seks mümkündür - Seksoloq həkim

  • 2018.03.16 21:22
  • 43979 Baxış
Hamilə qadın daha ehtiraslı olur, hamiləlik zamanı seks mümkündür -  Seksoloq həkim
Hamiləlik zamanı seks təhlükəlidir? Hamiləlik zamanı neçə aya kimi sevişmək olar? - sualına müxtəlif cavablar eşidilir. Seksoloq həkim Şəmsəddin Babayev bu suallara cavab verib. Medicina.az Aznews.az-a istinadən həkimin açıqlamasını təqdim edir. 


"Xalq arasında deyirlər ki, 3 ay əvvəl 3 ay sonra olmaz. Amma ümumiyyətlə hamiləlikdə seksə heç bir qadağa yoxdur. Sadəcə olaraq əgər qadın əvvəlcə uşaq düşürübsə, sağlam seks həyatı yoxdursa onda biraz təhlükəli sayılır. Yox əgər normal seks həyatı varsa, heç bir problem ola bilməz. Hətta hamilə zamanı sekslə məşğul olmaq qadınına dəyər verməyi göstərirsən. Qadın qarnının şiş olmağına baxmayaraq yoldaşının onla vaxt keçirməyin görsə xoşbəxt olar. Əgər qarnı çox şişibsə onda yan pozada olmaqları məsləhət görülür. Çünki qarnı əzilməməlidir. Bununla yanaşı hamiləlik zamanı qadın hormonları artdığından qadın daha çox ehtiraslı olur. 


Hətta hamiləlik zamanı doğuş gecikirsə, belə vəziyyətdə əlaqəyə girmək xeyirlidir. Çünki spermanın tərkibində elə maddələr var ki onlar qadına daxil olaraq uşaqlığın boynunu yumşaldaraq açır".