Türkiyədə hamiləliyinin 27-ci həftəsində olan qadın
daimi müayinələrindən keçmək üçün xəstəxanaya
gedib. Müayinələr zamanı, onun böyrəyində
şiş aşkarlanıb.
Medicina.az xəbər verir ki, UZM zamanı uşağın ana bətnində
tamamilə sağa tərəf dönməsi ilə şiş ortaya çıxıb və 15 sm olduğu müəyyən
edilib. Bundan sonra həkimlər şişin başqa orqnlara yayılmaması üçün onun dərhal əməliyyatl agötürülməısi qərarına gəliblər.
Lakin qadın hamilə olduğu üçün tibdə nadir rastlanan
əməliyyatlardan biri olub. Həkimin sözlərinə görə, bütün dünyada cəmi 70 dəfə
bu bu tip əməliyyat həyata keçirilib. Bunların da əksəriyyətində uşaqların tələf
olması ilə nəticələndiyini bildirib.
Həkim bütün tədbirləri gördükdən sonra , uşaq bətndə
qalmaq şərtilə ananı narkozla yatızdırıb. Daha sonra bacardıqları qədər sürətli
bir şəkildə şişi çıxarmağa çalışıblar. Əməliyyata müxtəlif sahələrdən bir çox həkim qatılıb.
Nəticədə şiş uğurla çıxarılıb. Hım ananın, həm də
körpənin vəziyyəti normaldır. Hazırda ana sağlam bir şəkildə hamiləliyinin
29-cu həftəsindədir.