31 yaşlı britaniyalı Cessika Pritçard bir il ərzində 4 uşaq dünyaya gətirib.
O, üçüncü hamiləliyindən xəbərsiz olub.
Medicina.az xəbər verir ki, 2020-ci ilin mayında Pritçardın qızı dünyaya gəlir. 5 ay sonra qadın yenidən hamilə qalır.
Lakin onun hamilə olmasından xəbəri olmur. Hamiləliyin 4-cü ayında təsadüfən qarnında narahatlığa görə USM müayinəsinə gedən qadına üçəmə hamilə olduğu bildirilir. Həmin vaxt ölkədə pandemiya idi.
2021-ci ilin aprelində onların 2 qızı, bir oğlu dünyaya gəlir. Çoxuşaqlı ananın sözlərinə görə ona bu qədər uşağa baxmaq çətin deyil, çünki özü ibtidai sinif pedaqoqudur.