Əkiz uşağa hamilə olan türkiyəli aktrisa Pelin Akil xəstəxanaya yerləşdirilib.
Medicina.az xəbər verir ki, aktrisa bu barədə sosial şəbəkədə məlumat verib. Onun sözlərinə görə, 3 gündür, xəstəxanadadır. Həkimlər onun "donuz qripi"nə tutulduğundan şübhələnir.
Qeyd edək ki, artıq bir neçə ölkədə donuz qripi yayılır, xəstəlik hamilə və uşaqları daha tez yoluxdurur.