ABŞ-ın Georgiya ştatında David Deutchman gördüyü xeyirxah əməli ilə məşhurlaşıb.
Medicina.az xəbər verir ki, təqaüdə çıxdıqdan sonra yaşlı kişi xəstəxanada valideynləri yanlarında olmayan xəstə körpələrə könüllü qayğı göstərir. Hər gün reanimasiyaya gəlir, onları qucağında yatızdırır, mülayim sözlər söyləyir. Buna görə onu "reanimasiya babası" adlandırıblar. Yaşlı kişi artıq internet fenomenidir.
"Bunu niyə edirsən?" sualına isə özünəməxsus şəkildə cavab verib: "Çünki onlar belə bir körpəni əldə saxlamağın qiymətini başa düşmürlər".