Hamam, saunada alkoqol içib, məzə yeyən kişilər bunu istirahət və hobbi halına çevirib, lakin özləri də bilmədən həyatlarını təhlükəyə atırlar.
“Medicina” xəbər verir ki, həkim Andrey Tyajelnikov hamamda içki içməyin insulta səbəb olacağını açıqlayıb.
“Hamama, saunaya gedişdə arada çıxıb orda dostlarla alkoqol içmək insult və infarkt riskini artırır.
Hamamda olan yüksək temperatur, buxar damarları genişləndirir. Üstəlik içki bu effekti daha da artırır.
Kimdə ki, damar divarları zəifdir, bu təzyiqə davam gətirə bilmir.
Bu xüsusən arteroskleroz, təzyiq, varikoz xəstələrinə aiddir.
Hamamın istiliyi, sonra çölə çıxarkən temperatur düşməsi və içki damarları partlada bilər. Baş beynin damarı zədələnəndə insult baş verir.
Yüksək hərarət, isti su və içki ürəkdə aritmiya yarada bilər. Bu zaman həkim müdaxiləsi mütləqdir.
Orqanizmi və immuneti zəifləyənlər üçün hamam, sauna stressli ola bilər.
Kimlərə hamam olmaz:
- Hipertoniya
- Onkoloji xəstəlikləri olanlara
- Böyrək xəstəlikləri
- Ürək xəstəlikləri
Bu adamlar evdə sadəcə duş alıb, normal hamamda çimə bilər.
Aygün Musayeva