Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hamamda bunları saxlamaq olmaz! - Hər evdə edilən səhvlər

  • 2019.03.09 15:05
  • 12086 Baxış
Hamamda bunları saxlamaq olmaz! -  Hər evdə edilən səhvlər
 


Gigiyena sağlamlığı qorumağa və ömrü uzatmağa kömək edir.

 

Medicina.az xəbər verir ki, gigiyenamız üçün hamam isə olduqca vacib yerdir. Hamamda yaranan nəmli və rütubətli şəraitə görə oranı nə qədər təmizləsək də, istənilən təmizliyi əldə etmək çətindir. Buna görə də gigiyenik əşyaları hamamda saxlamaq ən böyük səhvlərdən biridir.


Diş fırçası


Adətən diş fırçasını hamada saxlayırıq. Bu ən böyük səhvlərdəndir. Çünki hamamın istiliyi, rütubəti mikrob və daha zərərli bakteriyaların çoxalmasına şərait yaradır. 


Dərman


Bəzi insanlara görə, dərman saxlamaq üçün uyğun yer məhz hamamdır. Lakin buda ən zərərli üsuldur.


Makyaj vasitələri


Həblərdə olduğu kimi hamamın rütubəti makiaj vasitələrinə də təsir edir. Makyaj vasitələri əgər hamamda saxlansa birbaşa mikrob qaynağı olur. Bildirilir ki, bütün bunların qarşısını almaq üçün ən yaxşı üsul fırça və süngəri tez-tez yumaqdır. Makiaj vasitələrinin təmizliyindən əmin oluduqdan sonra yataq otağınızda saxlamağınız məsləhətlidir.


Ətir


Bədən spreyləri və sevimli ətirlərimizə qədər bütün qoxular yavaş-yavaş yox olur. Qoxular istilik və nəmə məruz qalanda isə molekulyar pozulma baş verir.nəticədə sevdiyimiz ətirlər getdikcə tündləşir.


Üz qırxan


Uzun müddət rütubətə məruz qalan üzqırxanların bıçaqları korlanır. Kəsmə qabiliyyəti tamamilə itir. Rütubətli hava şəraiti metalın paslanmasına səbəb olur. Üzqırxandan daha çox istifadə etmək istəyirsinizsə hər istifadədən sonra yuyun. Həmçinin rütubətin daha az olduğu yerdə saxlayın.

 

Ayna

Medicina.az