Dəsmaldan, hamam vasitələrindən, süngərdən müxtəlif infeksiyalara yoluxmaq olar.
Bakupost.az xəbər verir ki, həkim dermatoloq Tatyana Çalenko dəsmaldan keçə biləcək dəri xəstəliklərini sadalayıb.
"İstirahət mərkəzləri, sauna, hamam, hovuz və çimərliklərdə özünüzəməxsus olmayan dəsmaldan istifadə zamanı Kontagioz mollyusk adlı dəri virus infeksiyasına yoluxmaq olur.
Virus infeksiyalaşmış səthdən və əşyadan dəri ilə insana keçir.
Adətən yoluxma duş kabinəsi, sauna otağı və hovuzda baş verir.
Dəridə ağ kiçik səpkilər çıxır, bu səpkiləri dermatoloq maye azotla ləğv edə bilər.
Ona görə də uşaqları və özünüzü hovuzlarda ciddi qoruyun, hamam, duş, hovuz vasitələrinizi nəm səthlərə qoymayın, dəsmalınızı hara oldu atmayın".