Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Halsızlığı və yorğunluğu aradan qaldıran super qida - Bol-bol yeyin!

  • 2021.06.14 11:13
  • 7714 Baxış
Halsızlığı və yorğunluğu aradan qaldıran super qida -  Bol-bol yeyin!
Bamiyənin faydaları saymaqla bitmir. Araşdırmalara görə, toxum halı möcüzəvi xüsusiyyətə malikdir. Bamiyə toxumu immun sistemini gücləndirərək xəstəliklərə qarşı qalxan rolunu oynayır. Yorğunluğu və halsızlığı aradan götürən bamiyə toxumundan həftədə 2 dəfə istifadə edə bilərsiniz.

Medicina.az bamiyənin faydalarını təqdim edir:

Bamiyə toxumu potasium, B, C və K vitamini, kalsium, dəmir və folik turşusu ilə zəngindir.

Tərkibində çoxlu miqdarda liflər vardır. Bu xüsusiyyəti uzun müddət tox qalmağa kömək edər.

Mədəni qoruyur, qəbzliyi müalicə edir.

Orqanizmə enerji verir, tez yorulmağa qoymur. Gün ərzində tez-tez yorulursunuzsa bamiyə toxumundan faydalana bilərsiniz.

Bamiyə toxumu göz üçün də olduqca faydalıdır. Belə ki, kataraktın qarşısını alır.

Qan şəkərini aşağı salır.

Bronxit xəstələri üçün sanki bir dərmandır. Bu zaman onu qəhvə şəklində istifadə edə bilərsiniz. Toxum qəhvə çəyirdəyi kimi qovrulur və çəkilir. Bu toz şəkərsiz qəhvə kimi hazırlanır və içilir.

Tədqiqatlar göstərir ki, bamiyə toxumu kolon xərçəngi (qalın bağırsaq xərçəngi) riskini azaldır.

Zəngin tərkibi ilə immun sistemini gücləndirir.

Bamiyə toxumu necə hazırlanır?

Toxumu qaynadıb, suyunu içə bilərsiniz.

Həmçinin ət və tərəvəz yeməklərinizə əlavə edə bilərsiniz. Faydalarını görmək üçün həftədə bir dəfə istifadə edin.