Bu ilin aprel ayından bəri naməlum haker qrupları koronavirusdan qoruyan peyvəndlərin hazırlanması üçün fəaliyyət göstərən Yaponiya şirkətlərinə çoxsaylı kiberhücumlar həyata keçiriblər.
“Kyodo” xəbər agentliyi bu barədə ABŞ-ın kibertəhlükəsizlik şirkəti “CrowdStrike”in mütəxəssislərinə istinadən məlumat yayıb.
Mütəxəssislər qeyd edir ki, hakerlər elektron poçtlara viruslar göndərərək, COVID-19 vaksinlərinin hazırlamasının gedişi haqqında informasiyanı özündə saxlayan fayllara giriş əldə etməyə çalışıblar.